Uploaded by User13194

Ənənəvi psixoanalizdə əsas texniki qaydalar, transfer, əks-transfer

advertisement
Mövzu 10: Ənənəvi psixoanalizdə əsas texniki qaydalar, transfer, əkstransfer
Plan:
1. Ənənəvi psixoanalizin xüsusiyyətləri.
2. Psixoanalizin əsas texniki qaydaları
3.
4.
5.
6.
Abstinensiya
Psixoanalitik terapiyanın məqsədi
Pasiyentlərin seçilmə şərtləri
Psixoanalitik işin mərhələləri
7. Köçürmə (transfer) fenomeninin formaları.
8. Yuxugörmənin təhlili.
Ədəbiyyat.
1. İsmayılov F.Q. Klassik psixoanalizin əsasları.Seçilmiş əsərləri. IV cild. Bakı,
2011.
2. İsmayılov F.Q. Ziqmund Freyd. Bakı, 1994.
3. İsmayılov N.V İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı, 2008.
4. İsmayılov N.V. Psixiatriya. Bakı, 1998.
5. З. Фрейд. Введение в психоанализ. М., 1989.
6. З. Фрейд. Основные психологические теории в психоанализе. М,1922.
7. Зарубежный психоанализ. Хрестоматия. Москва-Харьков, 2001.
1
1.Ənənəvi psixoanalizin xüsusiyyətləri.
Əsası Z.Freyd tərəfindən qoyulan sonralar onun ardıcıllarının inkişaf etdirdiyi
psixoanaliz XX əsrin əvvəllərindən ta bu günədək psixatriya və psixoterapiya aləmində ən
çox mübahisələrə səbəb olan bir elmi-təcrübi
istiqamət kimi tədqiqatçıların diqqət
mərkəzindədir. Bu elmi konsepsiyanı sirf psixoloji, fəlsəfi, ictimai və i.a. istiqamətlərinə
varmadan biz onu ancaq psixoterapiya metodu kimi nəzərdən keçirərək və onun müalicəvi
imkanlarını müzakirə edəcəyik.
Psixoanalizin texnologiyası müalicə imkanları bu günədək tam dəqiqləşdirilməmişdir.
Bu mövzuya toxunan Z.Freyd özü vaxtilə qeyd
etmişdir ki, psixoanalitik texnika
nəzəriyyənin və təcrübənin vəhdəti olub,hər bir psixoterapevtin şəxsi imkanları daxilində
reallaşan bir müalicə metodudur. Hətta belə bir mülahizə də mövcuddur ki, hec bir
psixoanalitik öz üsulunun sirlərini axıracan açmır. Hər kəs bu sahədə bildiklərini
özününkü,daha doğrusu öz təcrübəsi sahəsində qazandığı mülkiyyəti hesab edir . Rulf
Qinsonun psixoanalizi “tək-tək” adamların peşəsi adlandırması da təsadüfi deyil.
Deyilənlərdən belə qənaətə gəlmək olur ki, heç də hər kəs psixoanalitik ola bilmir. Bunun
üçün hansı keyfiyyətlər lazımdır? Bu suala cavab verməyə cəhd göstərən Z.Freyd hesab
edirdi ki, müvafiq hazırlığı olan hər kəs psixoanalitik ola bilər. Lakin Freyd tezliklə yanlış
olduğunu etiraf etdi. O, 1922-ci ildə Beynəlxalq Psixoanaliz Assosiasiyasının konqresində
cıxış edərkən demişdir: “Gələcək analitik mükəmməl təcrübə keçmiş analitikin himayəsi
altında bu peşəni öyrənmədən fəaliyyət göstərə bilməz. Öz tələbatını pasiyentin tələbatı ilə
qarışdırmamaq üçün bu sahədə çalışan mütəxəssis xüsusi keyfiyyətlərə malik olmalıdır”.
Z.Freydin psixoanalizi yaratmasi heç də təsadüfi olmamışdır. Hipnozdan və onun
vasitəsiylə katarsisdən istifadə edən Z.Freyd seans zamanı pasiyentlərinin istirablarını
açmağa cəhd göstərərdi. Öz təəssüratlarını söyləyən pasiyentlər (əsasən nevrozlu xəstələr)
tez-tez affekt halı keçirirlər. Belə emosiyaların zərərini aradan qaldırmaq üçün o,seansın
sonunda hər şeyi unutmağı təklif edərdi. Xəstələrin bir çoxu heç də asanliqla hipnoza tabe
olmurdular və buna görə də hamıya istənilən təlqini etmək mümkün olmurdu. Deməli həkmin
imkanları məhdudlaşirdı. Çıxış yolunu Freyd ya katarsisdən imtina etməkdə və ya dərin
hipnoz üsulu tətbiq etmədən yalnız müvafiq təlqinin köməyi ilə katarsisə nail olmağı
öyrənməkdə görürdü. Bir sıra təcrübələrdən sonra Freyd müəyyən etdi ki, xüsusi psixoloji
şəraitdə yalnız təlqin yolu ilə pasiyentin qəlbini açması, beynin alt qatlarında, şüursuzluq
təbəqəsində özünə yer tapmış xəyal və arzuları şüur təbəqəsinə qaldırmaq (yaddaşda
canlandırmaq) mümkündür.
2
Öz üsulunu tətbiq edərkən, Freydin ən çox istifadə etdiyi qayda pasiyenti divana
uzadıb, gözlərini yummasını və fikrini bir nöqtəyə cəmləməsini təklif etməsi idi.
O,barmaqları ilə pasiyentin alnına təzyiq göstərər və ciddi ifadələrlə xəstələnməsinə səbəb
olan mənfi emosiyaları xatırlamasını tələb edərdi. Xəyala dalan və ya təlqin hissi keçirən
pasiyentə təkrar-təkrar “fikirləşin, hər şey yadınıza düşəcək” deyərdi. 1896-ci ildə Freyd
birdəfəlik hipnozdan imtina etdi, bir qədər sonra təlqini də qeyri-məqbul sayaraq, yalnız
“sərbəst assosiasiyalar” üsulundan istifadə etməyə başladı. Bu zaman Freyd daha bir
çətinliklə qarşılaşmalı oldu. Müalicəyə cəlb edilən hər bir pasiyentin psixoterapevtik
əməliyyatlara müqavimət göstərməsi faktı narahatlıq yaratmağa başladı. Beləliklə, əks
müqavimət fenomeni psixoanaltik nəzəriyyənin ən vacib probleminə çevrildi. Lakin bununla
da problemlər bitmədi, hec də əhəmiyyəti olmayan “köçürmə effekti” meydana çixdi. Bu,
keçmişin təsiri altinda indinin səhv qavranilmasıdır. Müalicə prosesində psixoterapevt
pasiyentə keçmiş və indini düzgün qiymətləndirməyi anlada bilirsə, müalicənin səmərəsi
təmin olunur.
1. Psixoanalizin əsas texniki qaydaları
Psixoanalitik texnikanın əsas, vacib və əhəmiyyətli qaydası ondan ibarətdir ki,
pasiyentə mütləq şərt olaraq analitikdən heç bir şey gizlətmədən, hər bir şeyi açıq və ətraflı
danışmaq təklif edilir. Sərbəst assosiasiyalar üsuluna əsaslanan bu texniki qaydanı analitik
müalicəyə başlayarkən pasiyentlə tanış etməlidir. O, həm də pasiyentə bildirməlidir ki,
aparacaqları söhbəti adi söhbətdən nə ilə fərqlənir. Adətən insanlar adi ünsiyyət zamanı “ipin
ucunu itirməmək” üçün ağıllarına gələn əlavə fikirləri kənarlaşdırırlar. Əsas texniki qaydaya
riayət etdikdə analitik müalicə prosesi digər davranışları ortaya qoyur. Əgər pasiyentin
söhbəti zamanı utancaqlıq, narahatlıq, həyəcan və s. hisslər yaradan fikirləri ortaya çıxırsa o,
bunları kənarlaşdırmadan analitikdən gizlətməməlidir.
Freydin fikrinə görə əsas texniki qaydanın mahiyyəti bundan ibarətdir ki, pasiyent
ağlına gələn fikirləri elə danışır ki, sanki o, səyahətçidir, vaqonun pəncərəsi önündə oturub və
pəncərənin çölündən, şüşə arxasından vaqonun içindəki hər bir şeyi təsvir edir.
Əsas qaydalar psixoanalitik terapiyada işlədilən və yuxuların yozumu zamanı
hazırlanan qaydalardır. Bu texnikanın isə məxsusiliyi ondan ibarətdir ki, kliyentə sakit,
özünümüşahidə vəziyyətində olmaq təklif edilir. Bu zaman o, analitikə nəinki bildiklərini,
eyni zamanda bilmədikləri barədə də məlumat verməlidir. Analitik onun sözlərini
kəsməməlidir. Bu texnikanı nəzərdən keçirərkən Freyd iddia edirdi ki, yuxugörənin özü öz
yuxusunun mənasını bilir. Digər məsələ bundan ibarətdir ki, yuxugörən öz yuxusu barədə
bilgilərinin olduğu haqqında məlumatsızdır. Nəticədə o guman edir ki, heç nə bilmir və bu
səbəbdən də bilgisizliyinə görə çaşmış vəziyyətdə olur. Freyd hesab edir ki, bu nümunəni
analoji olaraq xəstələrə də tədbiq etmək olar. Onlar xəstəliklərinin səbəblərini bildiklərindən
məlumatsızdırlar. Analitik həkimə münasibətdə bu qaydalara riayət edəcəyi barədə söz verir.
3
Müalicə prosesində pasiyentə hekayəsini hardan başlaması üçün seçim hüququ təqdim
edilir. Onun öz hekayəsini xəstəlik tarixindən, həyat tarixindən və ya uşaqlıq xatirələrindən
başlaması analitik üçün prinsipial əhəmiyyətə malik deyil. Əsas olan ondan ibarətdir ki, o,
hekayəsi zamanı əsas qaydaya riayət eləsin. Öz növbəsində analitik də sistemli danışılan
hekayə gözləməməlidir və pasiyentin belə hekayə danışması üçün bir şeylər etməməlidir.
Pasiyentlə danışığın hər bir hissəsini yadında saxlamalıdır ki, sonra ona qayıtmaq mümkün
olsun. Hekayənin təkrar danışığı zamanı əlavələr meydana gələ bilər ki, onlar pasiyentə
əvvəllər məlum olmayan əlaqə və münasibətləri aşkarlasın. Bu da anlitikə imkan verir ki, ona
kömək üçün müraciət edəni xəstəliyinin gedişatı və səbəbləri barədə bir qərara gəlsin.
Çox vaxt analitikdən əsas psixoanalitik qayda barədə məlumat alan pasiyent özü və öz
xəstəliyi barədə danışmaqla deyil, susmaqla söhbətə başlayır. Və bildirir ki, onun ağlına
demək üçün heç bir fikir gəlmir. Bir şey söyləməyi üçün analitik özü nəisə deməlidir. Freyd
bu halı həm əsas qaydaya, həm də bütünlüklə müalicə olunmağa qarşı müqavimət
adlandırırdı.
Psixoanalizin əsas qaydası ilə tanış olmasına baxmayaraq bir çox pasiyentlər onu
pozmağa cəhd edirlər. İstəyirlər ki, analitikin daxil olmadığı hər hansısa bir sirr saxlasınlar.
Belə düşünürlər ki, hər şeyi danışsalar da həyatının kiçik bir hissəsini istisna etmək olar.
Hətta Freyd də bir dəfə bu istisna halı yoxlamışdır. Dövlət qulluğunda olan bir pasiyent üçün
istisna etmişdir. Analitik prosesin sonunda pasiyent nəticələrdən razı qalsa da, Freyd
pasiyentə istisnalar verdiyi üçün bu nəticələri uğurlu hesab etmədi və bundan sonra bu
istisnalardan istifadə etməmişdir.
Psixoanalizin əsas qaydalarını Freyd psixikada təsadüfi heçnə yoxdur fikrindən
əsaslanaraq formalaşdırırdı. Pasiyentdə meydana gələn istənilən fikirlər ixtiyari olaraq
meydana çıxmır, şüursuz təsəvvürlərdəki sıxışdırılıb təcrid olanla əlaqəli olur və sıxışdırılmış
fikirlərə hansısa formada işarə verir. Pasiyentin dəyər vermədiyi, özündən kənarlaşdırdığı
material hansı ki, müqavimətin təsiri altındadır Freydin fikrincə, analitik üçün qiymətli metal
hazırlamaq üçün xammal funksiyasını daşıyır. Psixoanalizin əsas qaydası pasiyentə
toxunduğu kimi analitikə də toxunur. Freyd hesab edirdi ki, pasiyent özünümüşahidə
nəticəsində özündə olan hər bir şeyi danışmağa borcludursa, analitik də pasiyentin məlumat
verdiyi hər bir şeyi qəbul etmək və istifadə etmək bacarığında olmalıdır. Pasiyentdən tələb
edilir ki, hər hansı intellektual və affektiv inkarlardan çəkilsin, məqbul hesab etmədiyi
özünün bütün fikirlərini ifadə etsin. Eynilə analitik də pasiyenti dinləmə prosesində elə şüurlu
vəziyyətdə olmalıdır ki, bütün qiymətli materialları yığa bilsin. Şüurunun ayıqlılıq səviyyəsi
diqqətini tənqidi münasibətləri kənarlaşdırmalıdır ki, daxili senzuradan uzaq olmalıdır ki,
diqqətindən kənar heç nə qalmasın, məqbul hesab etmədiyi halları da qeydə ala bilsin.
2. Abstinensiya
Abstinensiya (çəkinmə) – klassik psixoanalizdə analitik terapiyanın əsas
qaydalarından biridir. Freyd bu qayda barədə danışarkən qeyd edirdi ki, psixoanalitik iş
zamanı pasiyentin istəklərini ödəməkdən qaçmaq lazımdır. O, bu prinsipi psixoanalitik
4
terapiyanın (simptomların mənasının izahı və müqavimətin aydınlandırılması) və onun
modifikasiyalarının (pasientə məxsus meyllərin və xəstəliklərin formalarından asılı olaraq)
təkmilləşdirilməsi prosesi zamanı təklif etmişdir. İlk dəfə 1910-cu ildə Nürnberqdə
psixoanalitiklərin 2-ci konqresində “Gələcəkdə psixoanalitik terapiyanı nə gözləyir?” adlı
çıxışında abstinensiyadan bəhs etmişdir.
Abstinensiya özündə əsasən 2 tələbi ortaya qoyur. 1) psixoanalitik mütləq pasiyentin
istəklərinin ödənilməsini, erotik hisslərinin qarşılanmasından imtina etməlidir. 2) O, pasiyenti
xəstəlik simptomlarından və əzablardan həddən artıq qısa müddət ərzində azad olmağına
imkan verməməlidirlər.
Abstinensiya qaydalarına riayət edilməməsi analitik terapiyanın uğurla keçməsini
mümkünsüz edir. Belə ki, pasiyentin qısa müddət ərzində xəstəlik simptomlarının azalması
əhvalın müvəqqəti yaxşılaşması ilə nəticələnə bilər ki, bu da xəstəliyin gələcəkdə davam
etməməsinə təminat vermir. Hətta müalicənin sonrakı mərhələlərində də ehtiyyatlı olmaq
lazımdır ki, simptomlıar vaxtından əvvəl həll edilməsin və ya onları izah etmək istəyi
vaxtından tez gerçəkləşməsin. Çünki pasient özü simptomlarının mənasını başa düşməli, özü
onları izah etməlidir.
Abstinensiya prinsipi pasiyentin istəklərini ödəməkdən fiziki çəkinməni nəzərdə
tutmur. Onun geniş mənası vardır. Freydin fikrincə abstinensiya qaydası 2 şərtə riayət etməyi
tələb edir:
- pasiyentdəki erotik hisslərə qarşı olan tələbatı saxlamaq zəruridir, çünki bu onun
dəyişilməyinə və analitik işə olan münasibətini fəallaşdıran amildir. Bu sevgi tələblərinə
güzəştə getmək və yaxud onları boğmaq analiz üçün eyni dərəcədə təhlükəlidir.
- imkan vermək olmaz ki, bu tələbatlar süni ödəmələr hesabına zəifləsin, sakitləşsin,
çünki sıxışdırılıb təcrid olunanı aradan qaldırmadan gerçək tələbatları təmin etmək mümkün
deyil.
Analizin texnikalarının daima dəyişməsi və təkmilləşməsinə baxmayaraq abstinensiya
prinsipi klassik psixoanalizin mahiyyətini müəyən edən vacib hissələrdən biridir. Freyd 20-ci
illərin ortalarında Rank və Ferençi tərəfindən təklif “aktiv analiz” ideayasını da bu səbəbdən
dəstəkləməmişdir. Ferençi 30-cu illərdə hətta abstinensiyadan imtina edərək psixoanalitikin
“soyuq” olmamasını özünü “nəcib ana” obrazına salaraq pasientin istək və arzularına güzəşt
getməyin önəmi məsələsini ortaya qoyur. Ferençi hesab edirdi ki, əksər nevrotiklərin uşaqlığı
analarının onunla etinasız münasibəti içərisində keçmişdir. Analitik proses zamanı həkim də
pasientin anası kimi davrananaraq onu qayğı və nəvazişdən məhrum edirsə bu əslində onun
nevrotik halını dərinləşdirir, daha ağır, keçilməz vəziyyətə salır. Bu baxımdan abstinensiya
prinsipinin psixoanalitikə pis xidmət etdiyini bildirən Ferençi uzun müddət birlikdə olduğu
Freyddən ayrılaraq özünəməxsus analitik prosesə başlayır.
İndi də bu prinsipə mütəxəsislərin münasibəti birmənalı deyil, onu dəstəkləyənlərlə
yanaşı qəbul olunmaz hesab edənlər də var. Üçünculər isə hesab edirlər ki, analitik tərəfindən
irəli sürülən sərt abstinensiya terapevtik dialoqu təhrif edə bilər və pasientin əvvəlcədən
5
müraciət etdiyi psixopatoloji vəziyyəti ilə əlaqəli olmayan yeni münaqişlərinin yaranması ilə
nəticələnə bilər. Bu ideyanı dəstəkləyənlər sırasına daxil olan R.Stolorou, B.Brandşaft,
C.Atvud abstinensiya prinsipinin əvəzində pasientin cari dövrdə subyektiv aləmindəki
dəyişiklikləri sürətləndirən və ya ləngidən amilləri dəyərləndirməni əsas götürməlisini təklif
edirdilər. Bu fikir “Klinik psixoanaliz. İntersubyektiv yanaşma” (1987) əsərində əks
olunmuşdur.
3. Psixoanalitik terapiyanın məqsədi
Belə hesab etmək olar ki, psixoanaliz də daxil olmaqla bütün terapiyaların yekun bir
məqsədi var. İnsan sağalmaq üçün müvafiq mütəxəssisə müraciət edir. Müalicənin üsulları
müxtəlif olsa da yekun terapevtik məqsəd dəyişilməz qalır.
Sağlam məntiqi fikrə əsaslanaraq hər bir xəstə insanın sağalması terapiyanın istiqamətini
müəyyən etməlidir. Buna görə də psixoanalitik ədəbiyyatda əsas diqqət psixoanalizin
konseptual və instrumental tərəfləri üzərində qurulub.
Psixoanalizin nəzəriyyəsinin və praktikasının inkişafını birlikdə nəzərdən keçirsək
psixoanalitik terapiyanın məqsədinin çox olması daha çox mənəvi məsələlərlə əlaqəlidir.
Onlar analitik prosesin konkret tərkib hissələri ilə daha çox əlaqəli deyil. Məsələ ondan
ibarətdir ki, patologiya və norma, xəstəlik və sağlamlıq, fərd-şəxsiyyət, insan və cəmiyyət
arasındakı sosial mədəni prizmadan aparılan fərqləndirmələr qarşılıqlı münasibətlərdən asılı
olan nisbi anlayışlardır. Yəni terapiyanın məqsədi ilk baxışdan göründüyü kimi birmənalı ola
bilməz.
Real praktik fəaliyyət zamanı psixoanalitik terapiya çoxməqsədli olur. Təsadüfi deyil
ki, Freyd tərəfindən irəli sürülən analitik terapiyanın məqsədi psixoanalizin 100 ildən artıq
keçdiyi dövr ərzində dəfələrlə korreksiya edilərək dəyişilmişdir. Psixoanalizin təşəkkülünün
ilkin mərhələsində terapiyanın məqsədi infantil amneziyaya məruz qalmış, erkən uşaqlıqdakı
patogenetik travmalara qayıtmaq, onları yaddaşda yenidən canlandırmaq və müvafiq
reaksiya verməkdən ibarətdir. Başqa sözlə desək, analitik terapiyanın məqsədi pasientin
xəstəliyi ilə infantil hiss və həyəcanlar zamanı yaranan əlaqədən, ilgisizlikdən doğan
obrazlardan qurtarmaqdır.
Daha sonra Freydə aydın oldu ki, özün barədə bilgisiz omaq öz-özlüyündə patolojik hal
deyil. Bu bilgisizliyin arxasında onu dəstəkləyən pasiyentin daxili müqavimətidir. Bu
səbəbdən analitik terapiyanın məqsəd olaraq pasiyentin müqavimətini dəf etmək götürülə
bilər. Yəni analitik keçmiş və bugün arasında itirilmiş, qırılmış əlaqələri bərpa etməyə və
yaxud sıxışdırılıb təcrid olunan müqaviməti aradan qaldırmağa çalışmalıdır.
Psixoanalitik nəzəriyyədə müxtəlif növ müqavimətlər nəzərdən keçirilmişdir və
psixoanalizin praktikasında da müqavimətin müxtəlif formaları intensivliyinə görə ifadə
olunanları aradan qaldırmaq üçün üsullar işlənib hazırlanmışdır. Bu zaman əsas müqavimət
növü kimi müqavimətin aşkarlanasına qarşı olan müqavimət götürülür. Yəni əsas müalicə
texnikalarının sırasına müqavimət və transfer nevrozu da daxil olur.
6
Psixoanalizə strukturlu sistem kimi yanaşdığımıza görə terapiyanın məqsədlərindən biri də
eqonun qüsurlarını aradan qaldırmaqla pasiyentə köməklik göstərməkdən ibarətdir. Hansı ki,
bu qüsurlar onun müdafiə mexanizmləri və adaptasiya funksiyaları ilə əlaqəlidir. Yekun
olaraq analitikin əsas terapevtik fəaliyətini nəzərdən keçirsək görərik ki, terapiyanın
məqsədlərindən vacib olanlar aşağıdakılardır.
 Psixoanalitik terapiyanın məqsədi daha çox müalicə etmək yox, pasiyentin əzablarını
yüngülləşdirməkdən ibarətdir. Məsələn, Freyd deyirdi ki, “Mən yüngülləşdirirəm, Allah
sağaldır.”
 Psixoanalitik terapiyanın məqsədi təkcə pasiyentin ayrıca götürülmüş nevrotik
simptomlardan, xarakterinin anomal yollarından, bütövlükdə xəstəlikdən azad olmaq
deyil, onu əhatə edən insanlara, özünə, öz xəstəliyinə olan münasibətinin
dəyişilməsindən ibarətdir.
 Psixoanalitik terapiyanın məqsədi nəyin bahasına olursa olsun müalicənin həyata
keçirilməsindən ibarət deyil. Əksinə onun yaradıcı potensialını oyatmaq, eqonu inkişaf
etdirməyə yönəltmək, başqaları ilə bərabər hiss və həyəcanı yaşamaqdan ibarətdir.
 Psixoanalitik terapiyanın məqsədi psixikadaxili münaqişələri həll etmək deyil, insanın
yetkin, müstəqil olmasından, problemləri yaradıcı həll etməsindən, qəbul etdiyi
qərarlarına görə məsuliyyət daşımasından ibarətdir.
4. Pasiyentlərin seçilmə şərtləri.
Təsadüfi deyil ki, Freyd öz davamçılarını psixoanalitik kimi hazırlayarkən, onlardan
özlərinin psixoanalizdən keçməsini tələb edirdi. Şəxsi psixoanaliz əks-transferi
müəyyənləşdirmək və ondan istifadə etmək üçün olduqca vacibdir. Bütün deyilənlərdən
əlavə, psixodinamik terapiya supervaziyaları – yaşlı həmkarlarla mütəmadi məsləhətləşmələri
də nəzərdə tutur. Belə məsləhətləşmələr gənc terapevtlərin mümkün səhvlərini azaltmağa
imkan verir.
Psixodinamik terapiya qısamüddətli ola bilər, yaxud uzun aylar və illər boyu davam edə bilər.
Müalicənin müddəti işlənməli olan münaqişələrin həcmindən və məzmunundan asılıdır.
Psixoterapevtik seanslar həftədə 1-3 dəfə aparılır, 45-60 dəqiqə davam edir.
Psixodinamik terapiya üçün pasiyentlərin seçilmə şərtləri aşağıdakılardır:
•
Nevrotik səviyyəli pozuntuların olması (nevrozlar, somatoform pozuntular,
qarşılıqlı münasibət problemləri və s.);
•
Kifayət qədər inkişaf etmiş intellektual səviyyə;
•
Hisslərə əməllərlə cavab verməyə nəzarət edə bilmək;
•
Terapevtlə konstruktiv qarşılıqlı əməkdaşlığa hazır olma;
7
MƏSLƏHƏT GÖRÜLƏN ƏDƏBİYYAT
1. Гринсон Р. Техника и практика психоанализа.— Воронеж, 1994.
2. Лейбин В. М. Психоанализ: проблемы, исследования, дискуссии. — М., 2008.
3. Нюнберг Г. Принципы психоанализа и их применение к лечению.— М., 1999.
4. Сандлер Дж., Дэр К., Холдер А.
психоаналитического процесса. — М., 2007.
5.
Пациент
и
психоаналитик:
Основы
Psixoanalitik işin mərhələləri
Psixoanaliz texnikasına gəldikdə bunun ən mühüm üç mərhələsinin olmasını qeyd
etmək lazımdır.
1. Qapalı fikirlərin aydınlaşdırılması;
2. Onun təhlili;
3. İşgüzar sazişin (həmrəyliyin) yaradılması;
Qapalı fikirlərin aydınlaşdırılmasına çalışan analitik sərbəst assosiasiyalarla, köçürmə
reaksiyası və müqavimət fenomeni ilə qarşılaşmalı olur. Sərbəst assosiasiyalar yolu ilə
pasiyentin qapalı (şüuraltı) fikirlərini aşkarlamaq üçün ən münasib üsul belədir: pasiyenti
çarpayıya (divana) uzandıran həkim özü bir qədər kənarda stula əyləşir. Xəstənin üzü əks
tərəfə yönəlməli,o,həkimi görməməlidir. Seansı apararkən elə etmək lazımdır ki, hipnoz və
təlqin təəssüratı yaranmasın. Başlıca məqsəd iki nəfər arasında səmimi dialoqun
yaranmasıdır. Müalicə seansının əvvəlində pasiyentə bildirmək məsləhətdir ki, onların
söhbətinin heç bir ssenarisi (planı) yoxdur. Pasiyent sərbəst şəkildə fikrinə gələn hər bir
mövzu ətrafında danışa bilər. Xəstənin sıxıntı keçirməsinə səbəb olan bütün maneələr aradan
qaldırılmalıdır. Bu, əks cinslər arasında aparılan seans zamanı daha vacib elementdir.
Analtikin özünü etik cəhətcə tam məqbul aparması pasiyentin xəstələnməsinə səbəb olan
fikirlərin aşkarlanmasıdır.
Psixoanalizin başlıca məqsədi pasiyentin özünün başa düşməsinə nail olmaqdır. Freyd
psixoanaliz texnikasını 4 mərhələdən ibarət olmasını göstərmişdir:
1. Əksmüqavimət
2. Aydınlaşdırma
3. Şərh etmə
4. Nəticə çıxarma
Son mərhələdə pasiyentin ozünü dərk etməsinə nail olmaq mümkün olursa, analizin
müvəffəqiyyətlə qeyd etmək mümkündür.
8
6.
Köçürmə (transfer) fenomeninin formaları
“Köçürmə effekti” keçmişin təsiri altinda indinin səhv qavranilmasıdır. Müalicə
prosesində psixoterapevt pasiyentə keçmiş və indini düzgün qiymətləndirməyi anlada bilirsə,
müalicənin səmərəsi təmin olunur. Köçürmə fenomeni və ya transferi anlayışı ciddi maneə
kimi özünü göstərə bilər. Burada pasiyentin həkimi öz seksual meyllərinə qatması, onun
valideyinlərinə bənzətməsi və ya digər yönümlü obyekt kimi qəbul etməsi müalicəyə ciddi
maneçilik törədir. Köçürmə fenomeninə iki formada rast gəlinir: pozitiv və neqativ.
Pozitiv köçürmə analitikə qarşı pərəstiş, hörmət, məhəbbət kimi hisslərlə, neqativ
köçürmə isə əksinə, ədavət və nifrət kimi hisslərlə ifadə olunur. Analtik proseslər zamanı
bəzən xəstənin marağı o qədər emossionallaşır ki, bu, onun vəziyyətinə müsbət təsir edərək,
tezliklə sağalmasına səbəb olur. Freydin köçürmə nevrozu adlandırdığı bu vəziyyət tam
əksinə də cərəyan edə bilər. Deməli, köçürmə nevrozu analitikin həm müvəffəqiyyəti, həm də
müfəffəqiyyətsizliyi kimi qarşıya çıxa bilər. Təcrübəli analitiklər bu faktordan məharətlə
istifadə edərək, müalicənin səmərəli olmasına nail ola bilirlər. Müqavimət-nevrotikin
terapevtik əməliyyatlara qarşı çıxmasını xüsusi reaksiyası olub, nevroz əlamətlərinin
müalicəyə tabe olmaması kimi qiymətləndirilir. Pasiyentin nəyə qarşı və necə müqavimət
göstərməsini təhlil etmək, müvafiq tədbirlər görmək analitikin üzərinə düşür. Pasiyentlə
sazişə girmək birgə mübarizə aparmaqla analitik xəstəliyin yüngüləşməsinə nail ola bilər.
a) Pozitiv və neqativ transfer
Adətən analitiklə pasiyenti arasında qısa müddət ərzində çox yaxşı və etibarlı
münasibətlər qurulur. Pasiyent analitiklə görüşünü səbirsizliklə gözləyir, onun bütün
qeydlərini, məsləhətlərini icra edir və böyük həvəslə nevrotik simptomlarının əmələ gəlmə
səbəblərinin aşkarlanmasında ona kömək edir. Bu cür yaxşı gedən analitik prosesdə qəfildən
pasiyentin əhval-ruhiyyəsi dəyişir. Proses pasientin emosional hisslərinin intensivləşməsi,
səbəbsiz tənhalıq hissi və hətta aqressiya ilə müşahidə olunan dəyişikliyə məruz qalır. Bu da
öz növbəsində analitiklə pasiyent arasındakı etibarlı münasibətə təsir edir. Freyd bu cür psixi
halı transfer adlandırmışdır. O, həm də deyirdi ki, analitik iş zamanı müalicə situasiyası
transferi müəyyən etmir. Analitikin üzərinə transfer olunan hisslər öz kökü ilə pasiyentin
keçmişinə gedib çıxan mənbələrlə şərtlənir.
Analitik iş prosesində transferin 2 forması - pozitiv və neqativ forması yaranır.
Pozitiv transfer analitikə qarşı nəcib hisslərin bəslənməsidir. Neqativ transfer isə
pasiyent tərəfindən analitikə qarşı neqativ hisslərin bəslənməsidir.
Pozitiv transfer müxtəlif formalar qəbul edə bilər. O, qızğın və ya qəsdən yaranan
sevgi hissləri ilə və yaxud gizli seksual istəklərlə ifadə oluna bilər.
9
Əgər analitik kişi, pasiyent qadındırsa analitikə qarşı nəcib hisslərin transferi çox vaxt
erotik rəng alır. Seksual münasibətlərdə komplekssiz olan qadın öz analitikindən hətta cavab
hissləri də tələb edə bilər. Daha ciddi və utancaq qadınlar isə bunu açıq şəkildə ifadə etməkdə
çətinlik çəkirlər.
Digər pozitiv transfer formasında çox vaxt qızlar öz yaşlı analitiklərinə onun sevimli
qızı olmaq istəyi ilə qızlıq hissləri bəsləyə bilərlər.
Bəzən qadınlar analitikə qarşı erotik meyllər yox, yaxın dost, boş vaxtlarda birgə
intellektual söhbətlər etmək üçün yoldaş kimi hisslər bəsləyirlər. Analitik situasiyada
pasiyentin yüngül vurğunluğu və bağlılığı pasiyentin özünəinamını təmin edir və məhsuldar
iş aparılmasına kömək edir. Lakin hər şey öz həddində yaxşıdır. Həddən artıq vurğunluq və
bağlılıq transfer nevrozunun yaranması ilə nəticələnir.
Çox çətin situasiya yaranır ki, heç də hər bir analitik bundan ləyaqətlə çıxa bilmir.
Pasiyentin hisslərinin bu cür dəyişilməsi ilə rastlaşdıqda analitik nə etməlidir? O, pasiyenti
digər həmkarına ötürməlidir yoxsa işi davam etdirməlidir? Yaxşı olar ki, belə olan halda
analitik işi davam etdirsin, çünki müqavimət kontekstində çıxış edən pasiyentin transferinin
arxasında simptomların yaranma səbəbləri yatır.
Eləcə də, kişi pasiyentlərdə qadınlardan fərqli olaraq əvvəllər atalarına qarşı
münasibətdə ortaya çıxan intellektual müqavimət və buna bənzər reaksiyalarla əlaqəli neqativ
transfer əmələ gəlir.
Erotikləşmiş transferlə müşayiət olunan analitik iş zamanı yaxşı olardı ki, analitik
pasiyentlə birgə onun həm adi həyatda, həm də analitik situasiyada ifadə etdiyi davranış
stereotiplətini, modellərini və hisslərini incələsin.
Belə ki, transfer olunan neqativ və ya pozitiv hisslər o, analitikin yanına gəldikdən
əvvəl də mövcud idi. Buna görə də analitikin üzərinə köçürülən digər hisslər pasiyentin digər
insanlarla, xüsusən valideynləri ilə olan münasibətlərinin əks olunmasından başqa bir şey
deyil. Şəxsiyyətlərarası münasibətlərin bu aspektlərinin işlənilməsi analitikə olan hisslərinin
səbəblərini tapmağa kömək edir. Lakin çətinlik bundan ibarətdir ki, erotikləşmiş transferi
işləmək analitikdən böyük məharət və həddən artıq səbirlilik, dözümlülük tələb edir.
b) Transferin nevrozu
Freyd transfer problemini nəzərdən keçirərkən qeyd edirdi ki, analitik prosesdə
pasiyentin keçmiş hissi yaşantıları canlanır. Bu hissi yaşantıların canlanması xatirələr
formasında deyil, çox vaxt analitikin şəxsiyyətinə pasiyentin münasibəti formasında olur.
Sanki, pasiyentin psixikasının dərinliklərində yerləşənlər çıxarılır, onlar yenidən çap olunur.
Bununla da pasiyentin həkimə müraciət etdiyi ilkin xəstəlik müəyyən dəyişikliyə məruz qalır.
Daha dəqiq desək, onun xəstəliyi elə bir inkişaf yoluna keçir ki, sanki bu, nevrozdur. Freyd
bunu transfer nevrozu adlandırmışdır. Başqa sözlə, köhnə xəstəliyin yeni variantı və yaxud
süni nevrozdur. Əgər analitik terapevtik işin əvvəlində nevrotik xəstəliyin yaranma
səbəblərini araşdırırsa, o daha sonra transfer nevrozunu öyrənməyə başlayır.
10
Analitik üçün növbəti çətinlik transfer nevrozunu öyrənəndə özünün obyekt kimi
ortaya çıxmasıdır. Pasiyentin müxtəlif müqaviməti ilə mübarizə aparmaq azmış kimi özünün
heç də asan olmayan terapevtik fəaliyyətini də araşdırmaq məcburiyyətində qalır. Analitik
proses zamanı ortaya çıxan yeni ağrılı hallar, hətta psixoanalizin özünün effektivliyini də
şübhə altına sala bilər. Həqiqətən də belə bir sual ortaya çıxır. Bu necə müalicə üsuludur ki,
onun istifadəsi zamanı yeni xəstəlik – transfer nevrozu əmələ gəlir? Belə olan halda
terapevtik fəaliyyətin nə faydası var? Yaxşı olmazmı ki, digər üsullardan istifadə edilsin?
Freydə bu sualları verənlər iki fərqli məqsəd güdürdülər. Məkrli olanlar psixoanalizi
aşağılamaq üçün bu fikirləri səsləndirirdilər, digərləri isə psixoanalizə töhvələr verməyi
düşünürdülər.
Freyd transfer nevrozunu nəzərdən keçirərkən bu fikirdə idi ki, psixoanalitik
müalicənin özü nevroz yaratmır. Psixoanaliz sadəcə olaraq nevrotiklərin psixikasının
dərinliklərində olanları aşkarlayır. Digər terapiya növlərində də transferlər bu və ya digər
formada olurlar. Pasiyentin həkimə nəcib və yaxud acıqlı münasibəti istənilən hallarda
yaranır. Lakin digər terapiyalarda bu hisslər spontan olaraq baş qaldırır və müalicə prosesi
üçün əhəmiyyətli olmadığından o, izlənilmir.
Psixoanalizdə transferin məxsusiliyi ondan ibarətdir ki, analiz prosesi zamanı transfer
müqavimət forması alır. Bu səbəbdən də analizdə transferin müqavimətə çevriləcəyi anı
gözləmək önəmlidir. Həmin andan sonra analitik iş müqavimətin keçirilməsinə doğru yönəlir.
Həkimə olan nəcib və ya acıqlı hissləri araşdırmağın özü nevrotik xəstəliyin başa
düşülməsinə və dərk edilməsinə gətirib çıxarır. Analitik iş zamanı transferini başa düşən
pasiyent analitiklə olan münasibətlərinin əsl mahiyyətini dərk edə bilir və bununla transfer
nevrozundan qurtulur. Bu özü bir modelə çevrilir və pasiyent real həyatda da digər insanlarla
qarşılıqlı münasibətlərində analoji obrazdan istifadə edəcək.
c) Erotikləşmiş transfer və əks transfer
Transferlərlə işləmək böyük təcrübə vərdişləri, təkcə pasiyentlərin daxili aləmləri ilə
deyil, həm də öz şüursuzluqları ilə işləmək bacarığı tələb edir. Məsələ bundan ibarətdir ki,
psixoanalitik situasiyada analitikin özünün də öz hissi yaşantılarını pasiyentlərə köçürdükləri
hallar da baş verir. Bu hal psixoanalizdə əks transfer – kontrtransfer adını almışdır. Transfer
və əks transfer arasında qalan analitik terapevtik işi gözlənilməz situasiyalarla nəticələndirə
bilər. O, əsasən pasiyentin seksual meyllərinə cavab vermək istəyindən qorxaraq müqavimət
göstərməkdən yaranır. Həqiqətən də bu hal uğurlu psixoanalitik müalicə yolunda problemli
bir vəziyyət hesab olunur. Təsadüfi deyil ki, Freyd öz işlərindən birini – 1915-ci ildə yazdığı
“Transferdəki sevgi barədə qeydlər” işini buna həsr etmişdir.
11
MƏSLƏHƏT GÖRÜLƏN ƏDƏBİYYAT
https://www.youtube.com/watch?v=LkIUomiQkLU
1. Гринсон Р. Техника ипрактика психоанализа.— Воронеж, 1994. 2. Нюнберг Г.
Принципы психоанализа иих применение клечению неврозов.— М., 1999.
3. Психоаналитическая хрестоматия. Клинические труды / Под общ. ред. М.В.Ро
машкевича. — М., 2005.
4. Райх В. Характероанализ.— М., 1999.
5. Сандлер Дж., Дэр К., Холдер А. Пациент
психоаналитического процесса.— Воронеж, 1993.
6. Столороу Р., Брандшафт Б., Атвуд
Интерсубъективный подход. — М., 1999.
Дж.
ипсихоаналитик.
Клинический
Основы
психоанализ.
7. Томэ Х., Кэхеле Х. Современный психоанализ. Т. 1. Теория. — М., 1996.
8. Томэ Х., Кэхеле Х. Современный психоанализ. Т. 2. Практика. — М., 1996.
9. Феничел О. Проблемы психоаналитической техники // Психоаналитический вестник,
1999. — № 7 (1).
10.Французская психоаналитическая школа / Под ред. А.Жибо, А.В. Россохи на. —
СПб., 2005.
11. Фрейд З. Введение впсихоанализ: Лекции.— М., 1995.
12. Фрейд З. Замечания о«любви вперенесении» // Психоаналитические этю ды.—
Минск, 1997. 1 3. Хайманн П. О контрпереносе / Антология современного
психоанализа. Т. 1. — М., 2000.
14. Эра контрпереноса. Антология психоаналитических исследований (1949–1999)/
Сост., науч. ред. и предисл. И. Ю. Романова. — М., 2005.
15.Эротический и эротизированный перенос / Под общ. ред. М.В. Ромашкевича. — М.,
2002
7.
Yuxugörmənin təhlili.
Freyd daima sübut etməyə çalışmışdır ki, yuxugörmələr psixoloji pozuntuların
meydana çıxmasında sükançı rolunu oynayan bir amildir. Başqa sözlə,yuxugörmələr heç də
təsadüfən və məzmunsuz. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu
və istəyin başqa formada icrasıdır.Şüursuzluğun məhsulu olan yuxugörmələr psixoanalitik
12
üçün geniş imkanlar yaradır. Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin
tədqiqat materialına çevirmək üçün Freyd əsasən iki
anlayışdan istifadə etməyi təklif
etmişdir:
1.Yuxugörmələrin təhlili
2.Yuxugörmələrin yozulması
Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını (aydınlaşdırılmasını),
yuxunun pozulması isə əksinə, yuxugörməni məzmununu və simvollarının tapılmasını
nəzərdə tutur. Yuxugörmələri təhlil edərkən, bir neçə qanunauyğunluqlara istinad
edilməlidir. Bunlar aşağıdakılardır.
*Qatılaşdırma;
*Yuxugörmənin yerdəyişməsi;
*Fikirlərin görmə obrazlarına çevrilməsi.
Freydin fikrincə,yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun
qapalı məzmunu daha genişdir və xirdalanmalıdır. Bu,qatılaşmadır. Yerdəyişmə “senzuranın”
nəticəsi olub, yuxugörmənin simvollarla,işarələrlə ifadə formasıdır. Fikirlərin görmə
obrazlarına çevrilməsi isə beyin qabığının mürəkkəb funsiyalarından biri olub mücərrəd
ifadələrin konkretləşdirilməsi kimi başa düşülməlidir.Yuxugörmələrin təhlili prosesində
başlıca məsələ sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Məqsədinə nail olmağı
çalışan analitik aşağıdakı 3 şərtə əməl etməlidir:
1. Yuxunun məzmunundan asılı olmayaraq,analitik şüuraltı sahədə cərəyan edən
hadisələri axtarmağa cəhd etməlidir.Yəni bilavasitə yuxunun məzmunu nə qədər aydın
məzmun ifadı edirsə etsin,o,yalnız simvollardır.
2. Yuxugörmələri təhlil edərkən onu bir neçə elementlərə bölmək məsləhət görülür.
Pasiyentə təklif edilir ki, o, hər bir elementi ayrılıqda izah etsin və bu zaman sərbəst
assosiasiyalardan çəkinməsin.Yəni fikrinə ilkin gələn hər şeyi olduğu kimi izah etsin.
3. Analitik pasiyentin səbrlə dinləməli, heç nəyi diqqətdən yayındırmadan, qapalı
fikirlərin sərbəst açılmasını gözləməlidir.
Bu günədək psixoanalizə olan münasibət kontrast olaraq qalmaqdadır.Bu problemə
Freydin panseksualistik yanaşması kəskin tənqidlə qarşılaşmış və ciddi müqavimətə heç də
həmiş tab gətirı bilməmişdir.Hələ öz sağlığında Freydi tənqid edən tələbələri gec tez
psixoanalizin iflasa uğrayacağını qeyd etmişlər. Lakin bütün bunlar psixoanalizi sıradan
çıxara bilmədi. Müalicə metodu kimi bu üsuldan bir çox ölkələrdə müvəffəqiyyətlə istifadə
edilməkdədir.
13
14
Download